Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfəsi genişlənməkdədir

0

  •  Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sentyabr ayının 30-da Bolqarıstana rəsmi səfər edib. Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.Cənab Prezident Azərbaycanla Bolqarıstan arasında dostluq və siyasi əlaqələrindən danışıb. Bildirib ki, əminəm ki, strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq. Artıq bu sahədə də tərəfdaşlıq gerçəkləşib, Azərbaycan qazı indi Bolqarıstandadır. Bu gün Prezidentlə söhbət zamanı biz Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını da müzakirə etdik və müvafiq göstərişlər verilmişdir. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir.Sofiyada qaz interkonnektorunun açılış mərasiminə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeninin qatılması və çıxışını da xüsusi vurğulamaq lazımdır. Serbiya Prezidenti Aleksandar Vuçiçin İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmayacağını, Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovskin Avropada ən çox arzuolunan şəxs - Azərbaycan Prezidentinin olduğunu deməsi də məhz ölkəmizin dövlət başçısına və bütövlükdə Azərbaycana verilən xüsusi qiymət idi. Aydındır ki, istər Cənub Qaz Dəhlizi, istər də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) reallaşması məhz Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Bunu Avropa rəsmilərinin etiraf etməsi məhz ölkəmizin regional təhlükəsizliyinin formalaşmasına xüsusi töhfəsini bir daha təsdiq edir. Bununla da Azərbaycan həmçinin Mərkəzi və Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə vermiş olacaq. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunu da bu aspektdə xüsusi qeyd etmək lazımdır. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir. Rəqəmlər də göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfəsi genişlənməkdədir.Akif Rüstəmov,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib45 dəfə
    Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfəsi genişlənməkdədir

    Maraqlı gələ bilər
    51
    54